Azərbaycan təhsilində rəzalət: 67 MÜƏLLİMİ QOVAN, TƏLƏBƏYƏ “ŞAMTUTAN” DEYƏN DİREKTOR “XƏZƏR TV”-Nİ BELƏ QOVDU

Azərbaycan təhsilində rəzalət: 67 MÜƏLLİMİ QOVAN, TƏLƏBƏYƏ “ŞAMTUTAN” DEYƏN DİREKTOR “XƏZƏR TV”-Nİ BELƏ QOVDU
Cəmiyyət
Oxunma sayı: 71
Redaksiyamıza daxil olan videodan da görünür ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova XƏZƏR TV-nin müxbirinə qarşı hörmətsizlik edir, qovur, kolleci öz şəxsi obyekti kimi idarə edir.
 
 
Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) nəzdində Humanitar Kollecin direktoru Nərmin Qaralova67 əməkdaşı işdən qanunsuz olaraq çıxarıb. Sonra o bunu Təhsil naziri min Əmrullayevin göstərişi ilə elədiyi, eyni zamanda, arxasıda böyük adamların durduğunu deyib. Xatırladaq ki, N. Qaralova bir müddət əvvəl tələbəni təhqir etməsi ilə mətbuatın gündəminə gəlmişdi. Tələbəni "şamtutan” adlandıran direktor onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəmişdi və onunla bağlı inzibati tənbeh tədbiri görülmüşdü.Nərmin Qaralova isə bildirmişdi ki, "şamtutan” sözü normal sözdür, elimizin adətidir. Məsələnin ən maraqlı tərəfi isə budur ki, Təhsil Nazirliyi bu rüsvayçılığa münasibət bildirmir və susmaq yolunu seçir.
Mövzunu diqqətdə saxlayacağıq./xeber.top