Xəzərdə ikinci zəlzələ oldu

Xəzərdə ikinci zəlzələ oldu
Cəmiyyət
Oxunma sayı: 51
Xəzər dənizində zəlzələ olub.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 13:21-də qeydə alınıb.
Qeyd edək ki, bu gün ərzində Xəzərdə qeydə alınan ikinci zəlzələdir. 3,8 bal gücündə olan birinci yeraltı təkanlar yerli vaxtla 09:21-də qeydə alınıb.