Bu gün Azərbaycanda yeni televiziya kanalı açılır

Bu gün Azərbaycanda yeni televiziya kanalı açılır
Cəmiyyət
Oxunma sayı: 6 980
Azərbaycanda "Kanal S" adlı regional televiziya kanalı ümumrespublika yayımına başlayır. 
 
Şəkidə faəliyyət göstərən "Kanal S" telekanalı bu gün ümumrespublika yayımına start verir. 
 
Telekanal saat 15:00-dan etibarən fəaliyyətə başlayacaq. 
 
Qeyd edək ki, Şimal-qərb bölgəsini əhatə edən "Kanal–S" Televiziya Şirkəti 29 dekabr 2008-ci ildən fəaliyyət göstərir. İnzibati binası Şəki rayonunda yerləşir. Telekanal 24 saat yayımlanmaqla regional televiziyalar arasında ilkə imza atıb. 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olub. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" olan telekanalın adı dəyişdirilərək yenidən "Kanal-S" olub. //azxeber.com