İnternat məktəbinin direktoru ərzaqları şəxsi maşınına yüklətdirir? - RƏSMİ AÇIQLAMA

İnternat məktəbinin direktoru ərzaqları şəxsi maşınına yüklətdirir? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət
Oxunma sayı: 6 725
3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimovanın oradakı ərzaqları şəxsi maşınına yüklətdirməsini əks etdirən videogörüntülər yayılıb.
Bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.
 
Qeyd olunub ki, direktor məktəbin ərzağını satışa çıxarmaq məqsədilə daşıtdırıb. 

Təhsil Nazirliyinin rəsmisi Cəsarət Valehov Ölkə.Az-a açıqlamasında yayılan görüntülərin araşdırıldığını deyib.

"Hazırda məsələ araşdırılır. Araşdırmanın nəticəsinə uyğun olaraq ictimaiyyətə məlumat veriləcək", - deyə o söyləyib.