Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? - FOTOFAKT

Operativ Qərargah Prezidentin fərmanını niyə nəzərə almayıb? - FOTOFAKT
Cəmiyyət
Oxunma sayı: 6 599
Azərbaycanda COVID-19 infeksiyasına yoluxmanın cari vəziyyəti açıqlanıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə “koronavirus.info” saytında məlumat yerləşdirilib.
Məlumatda Azərbaycanda iqtisadi rayonların bölgüsünə görə yoluxmanın statistikası açıqlanıb. İqtisadi rayonlar isə 7 iyul 2021-ci ilə qədərki bölgüyə əsasən qruplaşdırılıb.
Belə ki, 7 iyul 2020-ci ildə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanıb. Fərmanda Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiqlənib.
Yeni bölgüyə əsasən Azərbaycanda Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları var.
“Koronavirus.info” saytında dərc olunan məlumatda isə ləğv edilmiş Abşeron, Aran, Gəncə-Qazax, Yuxarı Qarabağ, Lənkəran iqtisadi rayonlarına görə statistika təqdim edilib.

Xatırladaq ki, “koronavirus.info” saytı 19 mart 2020-ci ildə Azərbaycanda əhalinin məlumatlandırılması məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən istifadəyə verilib.