Füzulidə traktor MİNAYA DÜŞDÜ

Füzulidə traktor MİNAYA DÜŞDÜ
Cəmiyyət
Oxunma sayı: 6 313
Füzuli rayonunda traktor minaya düşüb
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Füzulinin işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.
Faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.