Namiq Qaraçuxurlu: "Aygün mənim nə savabımdır, nə də günahım" - VİDEO

Namiq Qaraçuxurlu: "Aygün mənim nə savabımdır, nə də günahım" - VİDEO
Cəmiyyət
Oxunma sayı: 1 391
"Mən heç vaxt xəyanət etməmişəm. Ona görə də xəyanəti bağışlamaram".

Bu sözləri Baku TV-də yayımlanan "O kimdir?” verilişinin budəfəki buraxılışında qonaq olan meyxana ustadı Namiq Qaraçuxurlu deyib.

Həyatı ilə bağlı maraqlı məqamlara aydınlıq gətirən meyxanaçı Xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb:

"Onunla niyə ayrıldığımız barədə danışa bilmərəm. Bəzən hirslənib, danışacağımı demişəm. Amma özümə nifrət etmişəm ki, bir kişinin bunu insanlar arasında danışmağı doğru deyil”.

"Meyxanaçı olmasaydım, siyasətlə məşğul olardım. Bəlkə də millət vəkili olardım”, - deyən N. Qaraçuxurlu siyasi proseslərə marağından da bəhs edib.