Füzuliyə gedən ilk avtobus mənzil başına çatdı - YENİLƏNİB

Füzuliyə gedən ilk avtobus mənzil başına çatdı - YENİLƏNİB
Cəmiyyət
Oxunma sayı: 17 733
Bakı-Füzuli-Bakı marşrutu üzrə bu gün səhər yola çıxan sərnişin avtobusu Füzuliyə çatıb.
Ilk səfərdə 30 Füzuli sakini öz ata-baba yurdunu ziyarət edir. Onlar Füzuli rayonunun Merdinli kəndi, Füzuli şəhər mərkəzi, Füzuli Beynəlxalq Hava Limanı, İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar karvansaray kompleksi və Dövlətyarlı kəndində olacaqlar.
***09:09
İyunun 25-də Bakıdan Füzuliyə ilk sərnişin avtobusu yola düşüb.
Avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən saat 7:00-da Füzuli istiqamətinə hərəkətə başlayıb. Reyslər həftədə hazırkı mərhələdə 1 dəfə olmaqla təşkil edilib.
Qeyd edək ki, Bakı-Füzuli-Bakı marşrutu ilk dəfədir həyata keçirilir. Bakıdan Füzuliyə avtobus biletinin qiyməti (gediş-gəliş) 19 manat 40 qəpikdir.