“Əziz qardaşım, sizi ürəkdən salamlayıram. Can Azərbaycanı iki gün əvvəl bayram etdiyi Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edirəm”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində mətbuata bəyanatla çıxışı zamanı deyib. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayıl şəhərində mətbuata bəyanatla çıxış edirlər.