Azərbaycanda 32 il ərzində avtomobillərin sayı belə artıb - RƏQƏMLƏR
Cəmiyyət
Oxunma sayı: 7 052
Ölkəmizdə və xüsusilə də paytaxt Bakıda avtomobillərin sayı ildən-ilə artır. Bu isə öz növbəsində şəhərdə tıxac probleminin daha da artmasına səbəb olur. Son zamanlar Bakıda sıxlığın artması bununla əlaqələndirilir. Son illər ərzində ölkəmizdə nəqliyyat vasitələrinin sayının necə dəyişdiyini öyrənmək üçün Dövlət Statistika Komitəsinə sorğu göndərdik. Komitədən cavab olaraq bildirildi ki, son 32 il ərzində Azərbaycanda nəqliyyat vasitələrinin sayı belə dəyişib: 1990-cı il - 398 min 761 ədəd 1991-ci il - 392 min 970 ədəd 1992-ci il - 385 min 418 ədəd 1993-cü il - 384 min 353 ədəd 1994-cü il - 392 min 785 ədəd 1995-ci il - 392 min 165 ədəd 1996-cı il - 384 min 942 ədəd 1997-ci il - 374 min 656 ədəd 1998-ci il - 392 min 789 ədəd 1999-cu il - 409 min 301 ədəd 2000-ci il - 438 min 626 ədəd 2001-ci il - 451 min 642 ədəd 2002-ci il - 457 min 442 ədəd 2003-cü il - 511 min 460 ədəd 2004-cü il - 554 min 31 ədəd 2005-ci il - 612 min 69 ədəd 2006-cı il - 690 min 12 ədəd 2007-ci il - 773 min 318 ədəd 2008-ci il - 860 min 47 ədəd 2009-cu il - 925 min 866 ədəd 2010-cu il - 982 min 553 ədəd 2011-ci il - 1 milyon 37 min 626 ədəd 2012-ci il - 1 milyon 135 min 936 ədəd 2013-cü il - 1 milyon 232 min 678 ədəd 2014-cü il - 1 milyon 291 min 8 ədəd 2015-ci il - 1 milyon 322 min 610 ədəd 2016-cı il - 1 milyon 330 min 551 ədəd 2017-ci il - 1 milyon 342 min 324 ədəd 2018-ci il - 1 milyon 370 min 574 ədəd 2019-cu il - 1 milyon 418 min 404 ədəd 2020-ci il - 1 milyon 473 min 563 ədəd 2021-ci il - 1 milyon 566 min 743 ədəd Qeyd edək ki, ötən ilin statistikasına əsasən, Azərbaycanda hər 100 ailəyə 59 avtomobil düşür.