Laçında minaya düşən şəxslərdən biri ÖLDÜ

Laçında minaya düşən şəxslərdən biri ÖLDÜ
Cəmiyyət
Oxunma sayı: 1 096
Ötən gün Laçın rayonunda minaya düşən şəxslərdən biri vəfat edib.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, oktyabr 21-də Laçın rayonunun Suarası kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlaması nəticəsində ağır xəsarət alan 1977-ci il təvəllüdlü Həmidov Elsəvər Sovet oğlu həlak olub.
1977-ci il təvəllüdlü Həsənov Səbuhi Telman oğlu bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıb, vəziyyəti qənaətbəxşdir.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli və diqqətli davranmağa çağırıb.