“58 partiyadan yalnız 11-nin adını saya, xatırlaya bildim” - Deputat

“58 partiyadan yalnız 11-nin adını saya, xatırlaya bildim” - Deputat
Cəmiyyət
Oxunma sayı: 771
“Mən burada fikirləşdim. Ölkədə 50-dən çox siyasi partiya var, amma onlardan cəmi onbirinin adını çəkə bildim. Sizin hər birinizdə bir dəqiqə partiyaları saysanız 50 partiyadan bir neçəsini saya bilərsiniz”.
Bunu deputat Elman Nəsirov Milli Məclisdə İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat yeni qanunun üstünlüklərindən danışarkən bildirib ki, ortaya qoyulan layihədə prezident seçkilərində nə yaş senzi, nə 10 illik müddət, nə də ali təhsilli olmaq məsələsi tələb kimi qoyulmayıb:
“Əgər qanun hazırlanarkən Venessiya Komissiyasının tövsiyyələri nəzərə alınıbsa, onlarla ölkənin təcrübəsi öyrənilibsə, buna necə etiraz etmək olar?”.
Deputat əlavə edib ki, qanun ilkin müzakirəsi zamanı tənqidi fikirlər daha çox olub: “Ancaq indi biz tənqidləri daha az eşitdik, daha çox texniki məsələlər qaldırıldı”.