"Ermənistan basdırdığı minaları Laçın dəhlizindən daşıyıb” - Nazir

"Ermənistan basdırdığı minaları Laçın dəhlizindən daşıyıb” - Nazir
Cəmiyyət
Oxunma sayı: 5 670
“Ermənistan 2021-ci il istehsalı olan və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırdığı minaları Laçın dəhlizindən daşıyıb”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Ermənistan üçtərəfli bəyanatın bəzi müddəalarını yerinə yetirmir:
"Yenə də Azərbaycan ərazisində minalar aşkarlanıb. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi qəbuledilməzdir. 2021-ci il istehsalı olan minaların daşınması Laçın dəhlizi vasitəsilə həyata keçirilib”.