Umayra Tağıyeva: “İyunun ilk günlərində hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq”
Cəmiyyət
Oxunma sayı: 16 266
İyun ayının ilk günlərinə gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva açıqlama verib. O bildirib ki, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, iyunun 1-dən 4 -nə kimi yağıntılı olacaq: “Bəzi ərazilərdə leysan xarakterli yağışlar gözlənilir. Temperatur bu günə nisbətən enəcək. Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar bəzi dağ çaylarından qısamüddətli sel keçməsi də istisna olunmur”.