Onlar daxilən heç də göründükləri qədər ədəbli deyillər - ƏN ƏXLAQSIZ BÜRCLƏR

Onlar daxilən heç də göründükləri qədər ədəbli deyillər - ƏN ƏXLAQSIZ BÜRCLƏR
Cəmiyyət
Oxunma sayı: 15 918
Hər bürcün insanı kənardan göründüyü qədər ədəbli ola bilmir. Xaricdən son dərəcə sakit və əxlaqlı görünən bu insanlar bəzən daxilən heç də elə olmur. Əlbbəttə ki, əxlaqi dəyərlər insanın xarakterindən asılıdır və bürclərlə birbaşa əlaqəsi yoxdur. Lakin digər ortaq xüsusiyyətlərin eyniliyi kimi bunun da astrologiya ilə bağlılığı danılmazdır.
Eləcə də şəxsi münasibətlərdə ən ədəbsiz bürcləri sizlərə təqdim edir:
Dolça
Səssiz, sakit halları ilə tanınsalar da, onlar zodiak aləminin ən yalançı bürcləri sırasında birincidirlər. Anlıq deyil, davamlı və gələcəkyönümlü yalanlar danışan dolçaları bəzən saxlamaq mümkün olmur. Xarakterləri bir andaca dəyişə bilir. Buna görə də dolçalar onlardan gözlənilməyən hərəkətlər edirlər. Dolçalar üçün yaxın ya da uzaq fərqi yoxdur. Onlar hər kəsi asanlıqla aldatmaqda mahirdirlər. Əlbəttə ki bu da etik davranış qaydalarına heç də uyğun deyil. Bu səbəbdən də dolçalar diqqət edilməli bürclər sırasındadır. 
Buğa
Son dərəcə sadiq, məsafəli və güvən verən insanlar olan buğalar əslində heç də göründükləri qədər saf deyillər. Buğalar bütün bu gözəl xüsusiyyətlərini partnerlərinin yanında unuda bilir, bir andaca ədəbsiz insana çevrilirlər. Buğa ünsürünün nümayəndələri həm də şəhvətli olmaqları ilə tanınırlar.
Tərəzi 
Cəmiyyət içində duyğusal davranışlar sərgiləyən tərəzilərin böyük-böyük danışmaqlarına baxmayın. Söhbət şəxsi münasibətlərdən gedəndə tərəzilər ədəbsiz yönlərini asanlıqla biruzə verirlər. Tərəzilər göründüklərindən daha çox cilvəlidirlər. Aşiq olan zaman sadiq qalsalar da "flört" zamanlarında olduqca şorgözdürlər. Ona görə də, tərəzilərlə yaxın münasibət qurursunuz, onları iki dəfə tanıya bilərsiniz.