Məşhur "WhatsApp" messencerində istifadəçilərə mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya əlçatan olacaq. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Mütəxəssislər bildirirlər ki, messencerdə yeni formatlaşdırma alətləri olacaq:
kodlar bloku,
sitatlar,
siyahılar bloku.
Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə ediləcək. Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə edilə bilər. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə etməlisiniz. Ekspertlər əlavə edib ki, siyahılar məlumatı təşkil etməyə kömək edəcək. Məqalədə deyilir: “Siyahılar yaratmaq üçün mətninizi '*', '-' və ya rəqəmlərlə başlayın.