Rusiya həbsxanasında qiyam - Məhbuslar kameraları yandırdılar
Cəmiyyət
Oxunma sayı: 7 203
Rusiyanın Kabardin-Balkar Respublikasındakı həbsxanada məhkumlar kameralarını yandırıblar. Rusiya mətbuatı xəbər verir ki, onlar həbs rejiminin yumşaldılmasını tələb ediblər. "Məhbuslar etiraz əlaməti olaraq döşəkləri yandırıblar - onlar cəza kamerasına salınmasından narazı olublar. Yanğın nəticəsində xəsarət alan olmayıb. İğtişaş törədənlərin 22-32 yaş arası məhkumlar olduğu üzə çıxıb", - deyə məlumtda qeyd olunub. Hadisə ilə bağlı araşdırma aparılır.