Azərbaycanın işğal altında olan 8 kəndi nə vaxt geri qaytarılacaq? - AÇIQLAMA

Azərbaycanın işğal altında olan 8 kəndi nə vaxt geri qaytarılacaq? - AÇIQLAMA
Cəmiyyət
Oxunma sayı: 7 043
Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına verdiyi müsahibəsində bir sıra vacib siyasi məqamlara toxunub.
Dövlət başçısı Azərbaycanın hələ də işğal altında qalan kəndləri barədə danışıb. İlham Əliyev işğal altında qalan səkkiz kəndin məsələsinin daim gündəlikdə olduğunu bildirib.
Prezident qeyd edib ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: Qazax-Tovuz bölgəsinin delimitasiya məsələsi.
Dövlət başçısı həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub. İlham Əliyev bildirib ki, Zəngəzur dəhlizi açılmasa, Azərbaycan Ermənistanla heç bir başqa yerdə sərhədini açmağa fikrində deyil.
Bu məsələlərlə bağlı açıqlama verən keçmiş xarici işlər naziri hazırda işğal altında olan səkkiz kənd Azərbaycanın torpağıdır:

“Əgər, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, həmin səkkiz kənd geri qaytarılmalıdır. Buna baxmayaraq, bu məsələdə bəzi problemlər də var.
Belə ki, sözügedən kəndlərin 3-nə birbaşa getmək olur. Digər kəndlərə getmək üçün isə Ermənistan ərazisindən keçmək lazımdır.
Mənim fikrimcə, bu məsələ ilə bağlı xüsusi komissiya yaradılmalıdır. Bütün bu məsələləri komissiya müzakirə etməlidir. 
Ermənilər də Azərbaycanın ərazisində olan anklavla bağlı öz tələblərini irəli sürmək istəyirlər. Ona görə də, bu məsələyə xüsusi baxılmalıdır”, - deyə sabiq nazir qeyd edib.
Elmar Məmmədyarov Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirlərini də şərh edib:
“Burada Zəngəzur dəhlizinin formatından söhbət gedir. Ermənilər deyir ki, onların suverenliyinin altında olmalıdır, amma bu, real tələb deyil.
Ermənistanın milli maraqlarının da bu mövzuya təsiri var. Əgər, onlar Ermənistan Rusiya ilə dəmiryolu açılmasını istəyirlərsə, bu Azərbaycan ərazisindən keçməlidir. Bunu da nəzərə almaq lazımdır. Bu da danışıqların mövzusudur. 
Əgər, burada Ermənistan siyasi iradə göstərməsə, bu məsələlərin həll olunmasının uzun proses olacağını düşünmürəm.
Digər bir tərəfdən, əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəsə, bu, onlar üçün ziyan olacaq.
Onlar istəməsə belə, by dəhliz İran və Naxçıvan ərazisindən keçməklə reallaşa bilər. Burada uduzan yenə də Ermənistan olacaq.”.