“Azərbaycan mafiyasının” lideri həbsdə qaldı

“Azərbaycan mafiyasının” lideri həbsdə qaldı
Cəmiyyət
Oxunma sayı: 7 076
Sankt-Peterburq şəhərinin Oktyabrski rayon məhkəməsi “Azərbaycan mafiyasının” rəhbəri Tural Məmmədovun barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb. 
Xarici KİV bildirir ki, bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidmətinin Teleqram kanalında məlumat verilib.
“İstintaq göstərib ki, Məmmədov heç bir səbəb olmadan xüsusi rüsvayçılıqla, alçaldıcı cinayətlər törətməkdə ittiham olunur”, - məlumatda bildirilir.
2023-cü il dekabrın 22-də “Azərbaycan mafiyası”nın rəhbərinin Sankt-Peterburqa aparıldığı məlum olub. Bundan əvvəl gənc Azərbaycanda gizlənib, lakin sonradan ölkə onu Rusiyaya ekstradisiya edib.
Məmmədov və daha 15 nəfər yoldan keçənləri döydükdən sonra saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, gənclər slavyan görünüşlü ruslara hücum edib, bundan sonra administratoru Məmmədov olan Telegram kanalında videolar yerləşdiriblər.
Müstəntiqlər həmçinin hesab edir ki, gənc oğlan açıq şəkildə yoldan keçənlərə qarşı zorakılığa çağırıb. Məmmədovu bir sıra maddələrlə, o cümlədən nifrət və düşmənçiliyin salınmasına yönəlmiş ictimai hərəkətlərə görə cinayət məsuliyyəti gözləyir.