Bakıda keçmiş məhbus kişini bıçaqladı

Bakıda keçmiş məhbus kişini bıçaqladı
Cəmiyyət
Oxunma sayı: 1 597
Yanvarın 11-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmin şəxs xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev müəyyən olunaraq saxlanılıb. 
Araşdırma aparılır.