Bu il pensiya artımı nə qədər olacaq? - AÇIQLAMA

Bu il pensiya artımı nə qədər olacaq? - AÇIQLAMA
Cəmiyyət
Oxunma sayı: 1 694
"Hər il ölkədə nə qədər inflyasiya olursa, pensiyalar ona uyğun olaraq indeksləşdirilir". 
Bunu açıqlamasında deputat Vahid Əhmədov deyib. O bildirib ki, bu ay olacaq indekləşmə ilə 500 manat pensiyası olan şəxs haradasa 50-60 manat əlavə vəsait alacaq. 
"Yanvar ayının sonunda bu məsələ öz həllini tapacaq. Bu artımı müsbət qiymətləndirirəm". 
Bu artımın ərzaq bazarındakı qiymətlərə uyğunluğuna gəlincə, deputat qeyd edib ki, rəsmi statistikaya uyğundur: "Rəsmi statistikada inflyasiya 10 faizə yaxın olur. Amma qeyri-rəsmi olaraq bazarda tək ərzağın inflyasiyası 20-30 faizə yaxın olub".
Qeyd edək ki, 2023-cü ilin orta aylıq əmək haqqı artımına uyğun olaraq pensiyalarda 10,8 faizlik indeksləşdirmə gözlənilir.