Naxçıvandakı nikah və boşanmaların sayı açıqlandı

Naxçıvandakı nikah və boşanmaların sayı açıqlandı
Cəmiyyət
Oxunma sayı: 1 699
Ötən il Naxçıvan Muxtar Respublikasında 1545 nikah qeydə alınıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, boşanmaların sayı 562 təşkil edib. 2022-ci illə müqayisədə 2023-cü ildə Naxçıvanda nikah saylarında 248, boşanma saylarında isə 118 azalma müşahidə olunub.
Muxtar respublikada ən çox qeydə alınan nikah və boşanma halları Şərur rayonunda və Naxçıvan şəhərində olub.