"Öz tarixini bilmək lazımdır" - Rusiya XİN-dən erməni deputata cavab

"Öz tarixini bilmək lazımdır" - Rusiya XİN-dən erməni deputata cavab
Cəmiyyət
Oxunma sayı: 1 692
"Qərbi razı salmaq üçün hər halda kənara çıxmaqdan, absurdluğa düşməkdən çəkinmək lazımdır". 
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. 
Diplomat brifinqdə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyanın bəyanatını belə şərh edib: "Təəssüf ki, belə şeylər deyən bir sıra insanlar sadəcə olaraq ölçü hissini itiriblər. Cənubi Qafqazda həqiqətən davamlı sülhün bərqərar olması üçün alternativsiz yol xəritəsi Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında 2020-2022-ci illərdə imzalanmış ən yüksək səviyyədə üçtərəfli sazişlər silsiləsidir. Vaşinqton və Brüssel onları ya birbaşa köçürdülər, ya da öz fürsətçi maraqları üçün onları dəyişdirdilər. Nəzərə alaq ki, ABŞ başda olmaqla kollektiv Qərb beynəlxalq hüququ kobud şəkildə pozmaqla, müharibələr, münaqişələri qızışdırmaqla, rəngli inqilablar təşkil etməklə, öz qaydalarını tətbiq etməklə məşğuldur. Sadəcə olaraq öz ölkənin və regionların tarixini və dünya tarixini bilmək lazımdır". 
Qeyd edək ki, erməni deputat bundan əvvəl Rusiyanın sülh danışıqlarındakı mövqeyini effektsiz hesab etmişdi: "Ermənistan və Azərbaycan arasında Vaşinqtonda və Brüsseldə aparılan danışıqların beynəlxalq reputasiyası var və bu, onlara legitimlik verir".