Bakının bəzi yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 6. Bakı-Sumqayıt şosesi, "Xırdalan dairəsi" istiqamətində; 7. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 11. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində; 12. Ak. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində; 13. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 14. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 15. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər; 16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 17. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 18. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə edilir.