İşsizlikdən şikayətlənən Azər Axşam bu kanalda çalışacaq
Cəmiyyət
Oxunma sayı: 1 813
Aparıcı-aktyor Azər Axşam "Kanal S"də çalışacaq. Axşam.az xəbər verir ki, bu haqda müğənni Roza Zərgərli "Xəbərin var?" verilişində deyib. O bildirib ki, Azərin verilişi yaxın günlərdə yayımlanacaq. Roza əlavə edib ki, aparıcı Mikayıl Güləddinoğlu və Lətafət Ələkbərova da sözügedən kanalda fəaliyyətə başlayacaq. Qeyd edək ki, Azər bundan əvvəl ATV-də çalışırdı.