Güclü qar Quba-Xınalıq yolunu bağladı - FOTO

Güclü qar Quba-Xınalıq yolunu bağladı - FOTO
Cəmiyyət
Oxunma sayı: 125 767
Güclü qar Quba-Xınalıq yolunda nəqliyyatın hərəkətində problemler yaradıb.
Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib və qar yağmağa başlayıb.
Gecə saatlarından etibarən temperaturun aşağı düşməsi yollarda buzlaşmaya səbəb olub. Bu da dağ yollarında avtomobillərin hərəkətini çətinləşdirib.
Xüsusi ilə Quba-Xınalıq yolunda avtomobillərin hərəkətində bir sıra problemler yaranıb.
Ərazi üzrə 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov "Unikal"ın yerli bürosuna bildirib ki, Quba-Xınalıq avtomobil yolunun 32-ci km-dən üzü Xınalıq istiqamətinə texnika və işçi qüvvəsi yolu qardan təmizlənməsinə başlayıb.
Həmin ərazidə şaxtalı hava şəraiti davam edir. Temperatur mənfi 8 dərəcəyədək enib. Gecə saatlarında yolun yenidən buz bağlaması ehtimalı var. Ərazidə küləkli və qarlı hava şəraiti davam edir. 
  • Güclü qar Quba-Xınalıq yolunu bağladı - FOTO
  • Güclü qar Quba-Xınalıq yolunu bağladı - FOTO