Həyəcana səbəb olan yanğın görüntüləri təlimdən imiş

Həyəcana səbəb olan yanğın görüntüləri təlimdən imiş
Cəmiyyət
Oxunma sayı: 321 768
Bu gün  Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda birgə təlim keçirilib.
Bu haqda TƏBİB məlumat yayıb.
Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.
Qeyd edək ki, təlimin görüntüləri sosial şəbəkədə həyəcana səbəb olmuşdu.