DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində 1 pulemyot, 1 avtomat, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır.