Maradonanın ölümü ilə bağlı qəribə detallar ortaya çıxıb

Maradonanın ölümü ilə bağlı qəribə detallar ortaya çıxıb
İdman
Oxunma sayı: 19
Əfsanəvi argentinalı futbolçu Dieqo Armando Maradonanın ölümü ilə bağlı qəribə məqamlar ortaya çıxıb.
Argentinanın TN telekanalı bu barədə D. Maradonanın ölümünün səbəblərini araşdıran tibbi komissiyanın məlumatlarına istinadən xəbər verib.
Tibbi komissiyanın həkimləri qeyd edib ki, D. Maradona 25 noyabr yerli vaxtla saat 4:00-6:00 aralığında yuxuda olarkən vəfat edib.
 
Lakin bu məlumat Maradonanın ölümünü ilk qeydə alan həkimlərin və şahid ifadələri ilə ziddiyyət təşkil edir.
Belə ki, D.Maradonaya ilk baxış keçirən həkim ölüm halının 13:15-də yetişdiyini qeyd ediblər.
Bundan əlavə, ifadə verən tibb bacılarından biri Dayana Madrid isə söyləyib ki, D.Maradonanı səhər saatlarında yuxudan oyandığını görüb.
Qeyd edək ki, D.A. Maradona 2020-ci il noyabrın 26-sı 60 yaşında ürəktutmasından vəfat edib.