Qətərdə keçirilən dünya çempionatının G qrupunda mübarizəyə start verilib. Qrupun ilk oyununda İsveçrə Kamerun yığması ilə qarşılaşıb. Görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 48-ci dəqiqədə Bril Embolo vurub. Qrupun digər matçında Braziliya Serbiya ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.