İspaniya millisinin yeni baş məşqçisi məlum oldu

İspaniya millisinin yeni baş məşqçisi məlum oldu
İdman
Oxunma sayı: 6 485
İspaniya Futbol Federasiyası millinin baş məşqçisi Luis Enrike ilə yolları ayırıb.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bundan başqa, məşqçilər heyətində yer alanların hamısı ilə də yollar ayrılıb.
Bu gün həmçinin, İspaniya yığmasının yeni baş məşqçisi bəlli olub. Belə ki, bu vəzifə Luis de la Fuenteyə tapşırılıb. O buna qədər İspaniyanın U-21 yığmasına rəhbərlik edirdi.
Qeyd edək ki, Enrike 2019-cu ildən İspaniya millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda DÇ-2022-də 1/8 finalda Mərakeşə (əsas və əlavə vaxt - 0:0) penaltilər seriyasında 0:3 hesabı ilə uduzub.