IFFHS 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqladı
İdman
Oxunma sayı: 569
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Beləliklə, IFFHS Argentina yığmasının və PSJ-nin hücumçusu Lionel Messini 2022-ci ilin ən yaxşı futbolçusu elan edib. Siyahıda Fransa yığmasının hücumçusu Kilian Mbappe ikinci, “Real”ın (Madrid) hücumçusu Kərim Benzema isə üçüncüdür. Xatırladaq ki, IFFHS 2021-ci ilin ən yaxşı futbolçusu adına Robert Levandovskini layiq görmüşdü. Mənbə: İffhs.com