Rusiya klubu Kadi üçün “Qarabağ”a nə qədər ödəyəcək?

Rusiya klubu Kadi üçün “Qarabağ”a nə qədər ödəyəcək?
İdman
Oxunma sayı: 789
Rusiyanın “Krasnodar” və “Qarabağ” klubları Kadi Borgesin transferi ilə bağlı razılığa gəliblər. Yarımmüdafiəçi tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.
Transfermarkt.com-un məlumatına görə, Rusiya klubu Kadinin keçidi üçün təmsilçimizə iki milyon avro ödəyib. 
Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da çıxış edib.
Kadi Yuri Borges Malinovski 1996-cı ildə Braziliyanın Kuritiba şəhərində anadan olub, futbolçu karyerasına da elə orada başlayıb. 2019-cu ildə o, Portuqaliyaya köçüb, burada da yerli “Eştoril” və “Vilafrankense” komandalarında oynayıb.
2021-ci ildə Kadi “Qarabağ” klubuna keçib. İl yarım ərzində futbolçu 4-ü Çempionlar Liqasının 2022/23-cü il mövsümünün təsnifat mərhələsində (“Lex”ə qarşı dubl, “Sürix”ə qarşı iki matçda qol) və 3-ü 2021/22 Konfrans Liqasında (“Omonia” ilə oyunda dubl, “Marsel”ə qarşı qol) olmaqla 28 qol vurub. Bundan əlavə, Polşa əsilli braziliyalı yarımmüdafiəçinin 2022/23-cü illər mövsümündə Avropa Liqasında “Nant” və “Olimpiakos” üzərində qazanılan qələbələrdə də daxil olmaqla 20-dən çox məhsuldar ötürməsi var.
Mənbə: fckrasnodar.ru