Qarabağın futbolçusu müqavilə üçün Macarıstana yollandı
İdman
Oxunma sayı: 1 027
“Qarabağ”ın hücumçusu Kvabena Ovusu karyerasını Macarıstanda davam etdirəcək. Sportlife.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ”Ferentsvaroş” klubu ilə müqavilə bağlayıb. Fotodan da göründüyü kimi Ovusu bu gün Budapeştdən İstanbula, oradan da Antalyaya yollanacaq. Bildirilir ki, “Qarabağ”la 6 aylıq müqaviləsi qalan Ovusu indidən yay transfer pəncərəsi üçün Macarıstan klubu ilə razılıq əldə edib. Qeyd edək ki, Kvabena Ovusu 2020-ci ildən “Qarabağ”ın formasını geyinir.