FIFA rəhbərinin təklifini ilk yerinə yetirən ölkə məlum oldu
İdman
Oxunma sayı: 948
Stadiona futbol əfsanəsi Pelenin adının verilməsini qərara alan ilk ölkə Kabo-Verde oldu. Bu barədə ölkənin Baş naziri Uliss Korreyra Silva özünün sosial şəbəkə hesabından məlumat verib. Onun sözlərinə görə, əvvəllər “Kabo-Verde Milli Stadionu” adlanan 15 min nəfərlik arena bundan sonra “Pele Stadionu” adlanacaq. Silva bu qərarı ölkəsinin Braziliya tarixi və mədəniyyəti ilə ayrılmaz əlaqəsi ilə izah edib. “Kabo-Verde və Braziliyanın əl-ələ verən tarixi və mədəniyyəti var. Bunlar həm dil, həm də digər sahələrdə bağlı olan iki qardaş ölkədir”, - deyə hökumət başçısı bildirib. Qeyd edək ki, Kabo-Verde Atlantik okeanda bir neçə əsr Portuqaliyanın müstəmləkəsi olmuş ada dövlətidir. Ölkənin milli komandası FIFA reytinqində 72-ci yeri tutur. Xatırladaq ki, FIFA prezidenti Canni İnfantino bütün dünya ölkələrindən stadionların ötən il dekabrın 29-da dünyasını dəyişən əfsanəvi braziliyalının şərəfinə adlandırılmasını xahiş etmişdi. Mənbə: Live Result