Ronaldu əcnəbi oyunçu limitinə görə debüt edə bilməyəcək
İdman
Oxunma sayı: 15 356
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu əcnəbi oyunçu limitinə görə növbəti matçda "Əl-Nəsr"in heyətində debüt edə bilməyəcək. Bu barədə klubdakı mənbəyə istinadən "AFP" agentliyi məlumat yayıb. Məlumata əsasən, Səudiyyə Ərəbistanı çempionatına maksimum səkkiz əcnəbi oyunçu heyətə daxil ola bilər. K.Ronaldu klubda 9-cu əcnəbi olub. "Əcnəbilərdən hansısa ya qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilməklə, ya da transfer yolu ilə komandanı tərk etməlidir. Bu cür danışıqlar gedir, lakin son mərhələdən çox uzaqdır", - deyə mənbə bildirib.