Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək
İdman
Oxunma sayı: 16 086
Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək. Azərbaycan Həndbol Federasiyasındanverilən məlumata görə, seçmə mərhələsinin oyunları 13-15 yanvarda Bakı İdman Sarayında baş tutacaq. Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta kollektivləri da mübarizə aparacaqlar. Yığma ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək.