Messi Ronaldoya çatdı

Messi Ronaldoya çatdı
İdman
Oxunma sayı: 1 654
PSJ Liqa 1-də "Anje"yə 2:0 hesabı ilə qalib gəlib.
Matçda fərqlənən Lionel Messi Kriştiano Ronaldonun rekorduna şərik olub. Argentinalı hücumçu bütün klub turnirləri daxil olmaqla 696-cı qolunu vurmaqla Kriştiano Ronaldoya çatıb.
Qeyd edək ki, Messi 832 oyuna 696 qol vurub, 297 məhsuldar ötürmə edib. Ronaldo isə 919 oyuna 696 qol 197 məhsuldar ötürmə ilə yadda qalıb.