Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb
İdman
Oxunma sayı: 17 035
Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo aldığı “Qızıl top” mükafatlardan birini satıb.
Apasport.az saytı bildirir ki, 38 yaşlı hücumçunun qəniməti yeni sahibini hərracda tapıb.
İsrailli milyarder İdan Ofer bunun üçün 600 min avro ödəyib. Satışdan əldə olunan bütün vəsait “Make-A-Wish” fonduna köçürülüb. Bu fond ağır, ölüm təhlükəli xəstəliyə düçar olan uşaqlara yardım edir.
Qeyd edək ki, Ronaldo üç dəfə “France Football”, iki dəfə FİFA-nın “Qızıl top”unu alıb.