"İnter" və "Nyukasl" "Real"ın yarımmüdafiəçisi Luka Modriçlə maraqlanır. Bu barədə xarici mətbuat xəbər verir. Xorvatiyalı futbolçunun bu mövsüm Madrid klubundan məyus olduğu qeyd edilir. Yeri gəlmişkən, Modriç “Kral klubu”nun düşərgəsinə 2012-ci ildə İngiltərə "Tottenhem"indən keçib. Oyunçunun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.