Lempardla bağlı QƏRAR verildi

Lempardla bağlı QƏRAR verildi
İdman
Oxunma sayı: 6 248
"Everton"un baş məşqçisi Frenk Lempard bu gün postunu tərk edə bilər.
İngiltərə mətbuatı xəbər verir. 
Mənbənin sözlərinə görə, komanda hələ də uğursuz oyunlar seriyasını dayandıra bilmədiyi üçün klub rəhbərliyi mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Komanda sonuncu dəfə oktyabrın 22-də qalib gəlib və o vaxtdan bəri 10 görüşdə qələbə qazana bilməyib. 
Qeyd olunur ki, istefa qərarı bazar ertəsi axşam, direktorlar şurasının iclasından sonra elan edilə bilər.
Lempard ötən ilin yanvarından "Everton"da Rafael Benitesi əvəzləyib.
Bundan əvvəl Frenk Lempard "Derbi Kaunti" və "Çelsi"ni çalışdırıb. Mavilərin tərkibində Lempard bir oyunçu olaraq üç dəfə İngiltərə çempionu olub, dörd dəfə ölkə kubokunu qazanıb, Çempionlar Liqası və Avropa Liqasının qalibi olub.
"Everton" Premyer Liqada 20 oyundan sonra 15 xalla 19-cu pillədə qərarlaşıb.