"Konyaspor" "Qalatasaray"ın məğlubiyyətsizlik seriyasına son QOYDU

"Konyaspor" "Qalatasaray"ın məğlubiyyətsizlik seriyasına son QOYDU
İdman
Oxunma sayı: 415
Türkiyə Super Liqasında XXVI tura start verilib.
Açılış matçında lider “Qalatasaray” Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Konyaspor”un qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Hesabı İstanbul klubununun heyətində Millot Raşitsa açsa da, Soner Dikmen və Ogulcan Ulqunun qolları Konya təmsilçisinə qələbə qazandırıb.
Beləliklə, “Qalatasaray”ın Super Liqada 14 oyunluq qələbə, 15 matçlıq məğlubiyyətsizlik seriyalarına son qoyulub.
Emreli meydana start heyətdə çıxıb və 79-cu dəqiqədə əvəzlənib. O, 15-ci dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.