Messi “Barselona”ya qayıtmaq istəyir

Messi “Barselona”ya qayıtmaq istəyir
İdman
Oxunma sayı: 623
Argentinalı futbol ulduzu Lionel Messi üçün prioritet karyerasını Kataloniya klubunda davam etdirməkdir.
Paris təmsilçisi Messi ilə yeni müqaviləni razılaşdırmaq cəhdlərini davam etdirir. Futbolçunun özü 2021-ci ildə Parisə köçməzdən əvvəl bütün karyerasını keçirdiyi kluba qayıtmaq variantına meyil edir.
Daha əvvəl PSJ-nin 35 yaşlı futbolçu ilə yeni müqavilə üçün maaş məsələsində razılığa gələ bilməyəcəyi bildirilirdi. Argentinalının fransızlarla hazırkı sözləşməsi bu ilin yayına kimidir.
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Sport-express.ru