“Barselona” 1937-ci il çempionluğunun tanınmasını istəyir

“Barselona” 1937-ci il çempionluğunun tanınmasını istəyir
İdman
Oxunma sayı: 1 808
“Barselona” 1937-ci ildəki liqa çempionluğunun rəsmi olaraq tanınmasını istəyir.
Kataloniyalılar İspaniya Kral Futbol Federasiyasından İspaniya vətəndaş müharibəsi (1936-1939) zamanı Aralıq dənizi Liqası çərçivəsində qazanılan kubokun legitimliyini tanımağı tələb edir.
“Barsa” uzun müddətdir, buna səy göstərir. Ancaq federasiya tələbləri qəbul etmir. Çünki həmin zaman İspaniyada milli çempionat təşkil olunmayıb.
2009-cu ildə kataloniyalıların belə bir tələbi olsa da, qəbul olunmayıb. İndi məsələ prezident Xuan Laporta tərəfindən yenidən qaldırılıb. Klubun istinad nöqtəsi də var. Federasiya bu yaxınlarda “Levante”nin həmin il kubok turnirindəki qələbəsini tanıyıb. Sözügedən klub 1937-ci ildə Azad İspaniya Kubokunun finalında “Valensiya”nı məğlub edib.
Aralıq dənizi Liqasını Kataloniya Futbol Federasiyası keçirib. Orada “Barselona”, “Espanyol”, “Jirona”, “Valensiya”, “Levante”, “Ximnastik”, “Qranolyers” və “Atletik de Kastelyon” klubları yarışıb.
Mənbə: Sports.ru