"Mançester Yunayted"in ilk müqavilə uzatma təklifini rədd etdi

"Mançester Yunayted"in ilk müqavilə uzatma təklifini rədd etdi
İdman
Oxunma sayı: 6 689
Qapıçı David de Xea "Mançester Yunayted"in müqaviləni uzatmaq üçün ilk təklifini rədd edib.
Amerika mətbuatının yazdığına görə, klub hazırda dünyanın ən çox maaş alan qapıçısının maaşını azaltmaq istəyir.
Bildirilir ki, təklifin rədd edilməsi faktına baxmayaraq, tərəflər əməkdaşlığı davam etdirmək niyyətindədir və danışıqlar aparır.
De Xea və "Mançester Yunayted"in hazırkı müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır və qapıçı bu mövsümdə 42 oyunda 46 qol buraxaraq, 18 dəfə qapısına qol vurulmayıb.