“Real” Ançelottinin varisi kimi onu istəyirmiş

“Real” Ançelottinin varisi kimi onu istəyirmiş
İdman
Oxunma sayı: 6 591
"Real" Tomas Tuçeli Karlo Ançelottinin mümkün varisi hesab edib.
Bu barədə İspaniya mətbuatı xəbər verir. 
Mənbənin sözlərinə görə, “Kral klubu”nun rəhbərliyi italyan mütəxəssisin komandadan ayrılacağı təqdirdə onun mümkün varisini fəal şəkildə axtarır. 
Ançelottinin "Real" ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir.
Namizədlər arasında Maurisio Poçettino və klubun keçmiş hücumçusu, hazırda isə “Kastilya”nın məşqçisi Raul da nəzərdə tutulurdu.
Bundan əvvəl Braziliya Futbol Konfederasiyasının Ançelottinin xidmətində maraqlı olduğu bildirilirdi.