Uruqvay millisinin baş məqşçisi olacaq

Uruqvay millisinin baş məqşçisi olacaq
İdman
Oxunma sayı: 6 627
Argentina millisinin keçmiş baş məşqçisi Marselo Bielsa Uruqvay millisini çalışdıracaq.
Xarici mətbuatın yazdığına görə, mütəxəssis 2026-cı il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər yerli federasiya ilə müqavilə bağlamağı planlaşdırır. Seçim uğurlu olarsa, müqavilə avtomatik olaraq uzadılacaq.
Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Uruqvay turnirin qrup mərhələsindən pley-offa vəsiqə qazana bilməyib.
Argentinadan başqa, Bielsa Çili, “Atletik”, “Lids” və digər komandalara da rəhbərlik edib.