İranda bu idman növü qadınlar üçün qadağan edilibmiş

İranda bu idman növü qadınlar üçün qadağan edilibmiş
İdman
Oxunma sayı: 6 470
İranda qadınların armrestlinq idman növü ilə məşğul olması qadağan edilibmiş. 

Bu barədə qadınlar arasında keçirilən armrestlinq üzrə Asiya çempionatının qalibi Röya Mahmudi bildirib. 

Onun sözlərinə görə, bu idman növü İbrahim Rəisinin prezidentlik dövrünün ilik illərində qadağan edilib. İdmançı bildirib ki, armsrestlinqin qadağan edilməsi qadınların bilək hissələrinin görünməsi ilə bağlıdır. 

Röya Mahmudi deyib ki, onlara məşq etməyə belə imkan verilməyib: "Biz çox israrlı idik. Amma işləməyə icazə vermədilər. İdman zalında məşq etməyə qoymadılar”.


O, əlavə edib ki, çox çətin şəraitdə məşq edib: "Parka gedirdim və uşaqlarla çox çətin şəraitdə məşq edirdim. Təəssüf ki, hicaba və ölkəmizdəki problemlərə görə belə bir vəziyyət yaranıb”. 

Röya Mahmudi may ayının 1-də start götürən armrestlinq üzrə 21-ci Asiya çempionatının qalibidir. O İran tarixində ilk qadındır ki, armsrestlinq üzrə çempion titulunu qazanıb. 

İranlı fəallar hesab edir ki, idmançının yuxarıda qeyd etdiyimiz fikirləri onun üçün problemə çevrilə bilər. Çünki Röya Mahmudi faktiki olaraq teokratik idarəçiliyi tənqid edib.