Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır

Dünya çempionatı: Daha 2 cüdoçumuz mübarizəyə başlayır
İdman
Oxunma sayı: 1 648
Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında daha 2 cüdoçumuz mübarizəyə başlayacaq.
90 kq çəki dərəcəsində Məmmədəli Mehdiyev 1/32 final mərhələsində Kevin Budayinlə (Kamerun) qarşılaşacaq. 
Eyni çəkidə mübarizə aparan Murad Fətiyev isə 1/32 finalda Aleks Kretlə (Rumıniya) üz-üzə gələcək. 
Qeyd edək ki, daha əvvəl  Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. 
Əlavə edək ki, dünya çempionatına mayın 14-də yekun vurulacaq.