"Barselona" cərimə olundu

"Barselona" cərimə olundu
İdman
Oxunma sayı: 6 723
İspaniya Vergi Müfəttişliyi “Barselona”nı 15,7 milyon avro cərimə edib.
 
Buna futbolçulara ödənişlər zamanı qanunun pozulması səbəb olub.
Vergi xidməti 2019-cu ildə Kataloniya təmsilçisinə qarşı başladığı araşdırmanı indi başa vurub. Klubun oyunçulara “Audi” markalı avtomobillər icarəyə verdiyi zaman və oyunçuların çarter reysləri ilə uçuşları vaxtı pozuntular qeydə alınıb. “Barsa” hər iki halda ödənişləri açıqlamayıb. Bundan başqa, Arda Turan (1,3 milyon avro) və Aleksandr Sonq (3,5 milyon avro) komandadan gedərkən ödənilən təzminat düzgün hesablanmayıb.